Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-22 11:56:00
AzTU-da tələbə qəbulu üçün 2235 plan yeri ayrılıb

2021/2022-ci tədris ili üzrə Azərbaycan Texniki Universitetində (AzTU) tələbə qəbulu üçün 2235 plan yeri ayrılıb.

 

AzEdu.az xəbər verir ki, bunlardan 2070 yer Azərbaycan, 150 yer rus, 15 yer isə ingilis bölməsi üzrədir.

 

Abituriyentlərə AzTU-nun 7 fakültəsi üzrə kadr hazırlığı aparılan ixtisasları təqdim edirik.

 

Energetika və avtomatika fakültəsi

 

050607 -  Elektrik və elektronika mühəndisliyi

050608 -  Energetika mühəndisliyi

050630 -  Mühəndis fizikası

050634 -  Proseslərin avtomatlaşdırılması mühəndisliyi

 

Maşınqayırma və robototexnika fakültəsi

 

050604 - Cihaz mühəndisliyi

050622 - Maşın mühəndisliyi

050628 - Mexanika mühəndisliyi

050629 - Mexatronika və robototexnika mühəndisliyi

050635 - Qida mühəndisliyi

050638 - Sənaye mühəndisliyi

 

Xüsusi texnika və texnologiya fakültəsi

 

XTB050101 - Hərbi kompozisiya materialları mühəndisliyi

XTB050102 - Hərbi rabitə vasitələri mühəndisliyi

XTB050103 - Optotexnika mühəndisliyi

XTB050104 - Pirotexniki və partladıcı vasitələr mühəndisliyi

XTB050106 - Silah və silah sistemləri mühəndisliyi

     050601 - Aerokosmik mühəndislik

 

 

 

Nəqliyyat və logistika fakültəsi

050621 - Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

050632 - Nəqliyyat mühəndisliyi

050806 - Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə)

 

Metallurgiya və materialşünaslıq fakültəsi

 

050606 - Ekologiya mühəndisliyi

050614 - Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

050618 - Kimya mühəndisliyi

050623 - Materiallar mühəndisliyi

050624 - Mədən mühəndisliyi

050627 - Metallurgiya mühəndisliyi

 

İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi

050509 - Kompüter elmləri

050615 - İnformasiya təhlükəsizliyi

050616 - İnformasiya texnologiyaları

050620 - Kompüter mühəndisliyi

050636 - Radiotexnika və telekommunikasiya mühəndisliyi

 

İqtisadiyyat və idarəetmə fakültəsi

 

050401 - Beynəlxalq ticarət və logistika

050402 – Biznesin idarə edilməsi

050405 – İqtisadiyyat

050407 – Marketinq

050408 – Menecment

050410 - Statistika