Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-20 14:24:00
"Mətn üzrə işin təşkili metodikası" mövzusunda təlimlər keçirilir

Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən "Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən şəxslər üçün təlim proqramı" əsasında “Mətn üzrə işin təşkili metodikası” mövzusunda təlimlərə start verilib.

 

AzEdu.az xəbər verir ki, 42 akademik saatı əhatə edən təlim proqramının məqsədi Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi zamanı mətn üzrə işin təşkili ilə bağlı mövcud bilik və bacarıqların təkmilləşdirilməsi, həmçinin müəllimlərin metodik vəsaitdən istifadə bacarıqlarının formalaşdırılmasıdır.

 

Təlimin birinci günü iştirakçıların mövzu üzrə ilkin bilik və bacarıqları yoxlanılıb, eyni zamanda, təlimin düzgün istiqamətdə təşkili üçün diaqnostik qiymətləndirilmə həyata keçirilib.

 

Gündə 6 akademik saat olmaqla 7 gün davam edəcək təlimlərin sonunda müdavimlər yekun qiymətləndirilmə imtahanında iştirak edəcək və uğur qazanmış namizədlər təlimlərə cəlb olunacaqlar.

 

İştirakçıların əksəriyyəti regionlardan müraciət etmiş müəllimlərdir.

 

Qeyd edək ki, təlim hibrid formada keçirilib. Təlimdə fiziki olaraq iştirak edə bilməyən müəllimlərə onlayn formada qoşulmaq imkanı da yaradılıb.