Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-20 14:12:00
Abituriyentlər ödənişsiz məsləhət mərkəzlərinə müraciət edə bilərlər

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edir.

 

AzEdu.az xəbər ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə avqustun 30-dək internet vasitəsilə aparılır.

 

Müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən abituriyent məsləhət mərkəzlərinə müraciət edə bilərlər. Abituriyent məsləhət mərkəzləri haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib