Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-24 13:30:00
695-dən yuxarı bal toplayanlar prezident təqaüdü alacaqlar– I qrupun yüksək və aşağı nəticələrinin maraqlı  STATİSTİKASI 

“I ixtisas qrupunda prezident təqaüdçüsü ən azı 695 bal toplayan biri olacaq”.

Bu sözləri AzEdu.az-a  təhsil eksperti Kamran Əsədov deyib. O, bu il I və IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələri barədə məlumat verib.

MİQ və qəbul  imtahanlarında maksimum nəticə göstərənlərin sayını müqayisə edib:

“İyulun 18-də I və IV ixtisas qrupları üzrə yay qəbul imtahanları keçirilib. İmtahan verən 23 min abituriyentdən 15-i 700 bal toplayıb. 7 nəfərin də yaz imtahanlarında maksimum nəticə göstərdiyini nəzərə alsaq, bu il I və Ivqrup üzrə ümumilikdə 22 nəfər 700 bal toplayıb. 

Amma Müəllimlərin İşə Qəbul imtahanlarında 23 min ali təhsilli müəllimin imtahan verməsinə baxmayaraq,  hələ ki, 1 nəfər  60 bal toplayaraq maksimum nəticə göstərib”.

Onun sözlərinə görə bu il prezident təqaüdçüləri ən azı bir sualı cavablandıra bilməyənlər olacaq:

“I ixtisas qrupu üzrə bu il 690 - 700 arası bal toplayan abituriyentlərin sayı 56 nəfərdir. 2017-ci ildə isə bu göstərici 36 olub. Bu o deməkdir ki, bu ixtisas qrupunda prezident təqaüdçüsü ən azı 695 bal toplayan biri olacaq”.

Ekspert bu il I və IV ixtisas qrupu üzrə keçirilən imtahanlarn nəticələrini ötən illə maraqlı şəkildə müqayisə edib.

“650 - dən çox bal toplayan abituriyentlərin sayı 369 nəfərdir.  2017-ci ildə isə 263 nəfər idi.

600- dən çox bal toplayan abituriyentlərin sayı bu il 880 nəfər olsa da, keçən il bu say 686 olub.

I ixtisas qrupunda bu il 500-700 bal arası toplayan abituriyentlərin sayı isə 2312 nəfər olub. 2017 - ci ildə bu göstərici 1980 idi.

I ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edən 27 min abituriyentin 13169 nəfəri keçid balını, yəni, 200 və daha artıq bal toplayaraaq  müsabiqədə iştirak etmək hüququ qazanıb”.

Qeyd edək ki, iyulun 18-də keçirilən qəbul imtahanlarında iştirak etmək üçün 26332 abituriyent sənəd verib. Onlardan 873 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 18 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları