Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-18 15:36:00
İxtisas seçimində diqqət edilməli vacib məqamlar-Abituriyentlərin NƏZƏRİNƏ

Ömür boyu çox qərar veririk və həyatımızı formalaşdırırıq.  Bəlkə də bu qərarların ən uzunmüddətli təsiri ixtisa seçimidir.  Həyat tərzimiz, iş şəraitimiz və iqtisadi vəziyyətimiz kimi bir çox fərqli proses peşə seçimimizlə birlikdə formalaşmağa başlayır. İxtisasımıza qərar verməzdən əvvəl yaxşı bir qiymətləndirmə etmək lazımdır

 

Özümüzü gələcəkdə harada görürük ? Hansı işlə məşğul olsaq sevinərək?  Hər insan öz peşəsini sevməlidir . Özümüzü çox yaxşı tanımaq və bu istiqamətdə sağlam qərarlar vermək vacibdir.

 

 AzEdu.az təqdim edir

 

Universitetin düzgün seçmək  yaxşı peşə sahibi olmaq üçün atılacaq  ilk addımdır.  Bu səbəbdən universitetləri araşdırılmalı ,tələbənin gələcək gözləntilərinə və şəxsiyyət xüsusiyyətlərə uyğunluğu bilmək vacib şərtlərdən biridir.  Müəllim heyətinin keyfiyyəti, universitetin akademik uğurları, sosial imkanları, xarici dil təhsili, imtahan sistemləri və tədris planına uyğun səmərəli işləməsi, rəhbərlik xidmətləri, vacib meyarlar arasındadır.

 

Universitetin akademik və fiziki xüsusiyyətlərinə əlavə olaraq  universitetin texnoloji imkanlarını  araşdırmaq  lazımdır.  Pandemiya zamanı açıq şəkildə gördüyümüz kimi, güclü rəqəmsal infrastrukturu olan müəssisələrdə təhsil alan uşaqlar məsafəli təhsilə asanlıqla uyğunlaşdılar və dərslərində geri qalmadılar.

 

Unutmamalıyıq ki, peşəsini sevən o nə qədər çətin olursa olsun, sən heç vaxt yorulmayacaqsan .


Məmmədova Gülcahan