Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-18 15:12:00
ADNSU-nun şəhid məzununun adına Xatirə kompleksi açılıb  

Avqustun 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Qarabağ müharibəsində şəhid olmuş məzunu Rəfiyev Ülvi Rəfail oğlunun adına Xətai rayonunda xatirə kompleksinin açılış mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, açılış mərasimində xatirə kompleksinin həsr olunduğu iki nəfər şəhidin Rəfiyev Ülvi Rəfail oğlu və Cəfərov Zaur Fuad oğlunun ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, eləcə də ADNSU-nun əməkdaşları və digər ictimaiyyət üzvləri iştirak ediblər.

 

Mərasimda çıxış edən ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev ADNSU-nun bütün şəhid məzunlarının xatirəsinin universitetdə daim uca tutulduğunu deyib və şanlı zəfər tarixini yazan vətən oğullarının Azərbaycan xalqının hər zaman qəlbində yaşayacağını bildirib.  

 

Qeyd edək ki, bu gün 25 yaşı olan şəhid Ülvi Rəfiyev 1996-cı il avqustun 16-da Ordubad rayonunda anadan olub. ll Vətən müharibəsinin iştirakçısı Ü.Rəfiyev 2020-ci il oktyabrın 15-də, Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. Rəfiyev Ülvi Rəfail oğlu Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin və Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif olunub.