Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-18 11:12:00
Növbəti qabiliyyət imtahanları avqustun 19-da təşkil ediləcək  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün xüsusi qabiliyyət imtahanları davam edir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, növbəti qabiliyyət imtahanları avqustun 19-da keçiriləcək. Abituriyentlər bədən tərbiyəsi (ali, 9 və 11 illik), islamşünaslıq (ali) və teatr-kino-xoreoqrafiya (ali) istiqamətləri üzrə qabiliyyət imtahanı verəcəklər.

 

Abituriyentlər imtahanların tarixi ilə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə tanış olmalıdırlar.