Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-18 10:24:00
Dünyanın ən fərqli məktəbləri-Bəzilərində sinif yoxdur

Dünyada məktəblər arasında çox fərqli xüsusiyyətlər mövcud deyil. Ancaq elə məktəblər var ki, digərlərindən çox fərqlidir.  

 

AzEdu.az həmin məktəbləri təqdim edir.

 

1) Üzən Məktəb / Lagos / Nigeriya

 

Afrika sahillərində yerləşən bu  məktəb özünəməxsus memarlığa malikdir.  Erkən yaşlarından təhsilə başlayan uşaqlara yuva olan məktəb, laqundakı su səviyyəsinin yüksəlməsinə müqavimət göstərmək üçün inşa edilib. Həm sinif otaqları, həm də oyun meydançaları olan bu  məktəb ekstremal hava şəraitində belə 100 uşağı təhlükəsiz şəkildə dəstəkləyə bilir.

 

2) Küp Məktəbi / Kopenhagen / Danimarka

 

Bu məktəb 1100-dən çox orta məktəb şagirdinin təhsil aldığı nəhəng və müxtəlif təhsil sistemidir.  Dərslər idman salonu adlanan böyük bir şüşə küpdə aparılır. Rahat oturma məkanları olan “təbil” adlanan yerlər ilə ayrı hissələrə bölünür. Bu şagirdlərə rahatlıq və yaradıcı düşüncə təşviq edilir.

 

3) Ofis məktəb / Ohio / ABŞ

 

Bu məktəbin sinif otağı yoxdur.  Əsas otağın içərisində 300 kameralı (hər şagird üçün bir) böyük bir ofis var.  Hər bir şagirdin öz kompüteri və öz tədris planlarında onlara rəhbərlik edən müəllimləri var. Bu məktəbdə şagirdlər təkbaşına öyrənir və sualları olduqda kömək üçün müəllimlərə müraciət edə bilərlər. Məktəb 3-12 siniflərdəki bütün şagirdlər üçün açıqdır.

 

4) Gerçəkçi məktəb/ Rhode Island / ABŞ

 

Bu məktəbdə şagirdlər əvvəlcə nəyi sevdiklərini öyrənirlər.  Müəllimlər, şagirdlərin hansı peşəni istədiklərini tapmağa və davam etdirməyə kömək etmək üçün seçilir.

 

Bu, şagirdlərə yalnız gələcək karyeralarında həqiqətən ehtiyac duyacaqları şeylər öyrədildiyi mənasına gəlir. Bu tədris strategiyası hazırda ABŞ-da 55 məktəb tərəfindən qəbul edilir.

 

5)  Uşaqlara 'təhlükəli' şeylər öyrədən məktəb / San Francisco / California

 

Bu məktəbdəki müəllimlər valideynlərdən övladlarının etməməli olduqları ən təhlükəli şeyləri soruşurlar, qeyd edirllər və onlardan tədris planı hazırlayırar. Uşaqların eyni gün çirklənməsinə, odla oynamasına, məişət cihazlarını sökməsinə və rəsm çəkməsinə icazə verilir.  Bu strategiya şagirdlərin müəllimləri ilə ortaq cəhətləri yaratmasına imkan verir.

 

6) Ən Yaşıl Məktəb / Fransa

 

Görünür ki, bu məktəbin hər kvadrat metri ot kimi istifadə olunur.  Binanın damı və bütün həyətyanı sahələri ot örtüklüdür. 


Tozlu siniflərdə oturmanın zərərli olduğuna və şagirdlər daha təmiz hava almaq üçün çöldə mümkün qədər çox vaxt keçirməli olduğuna inanırlar.

 

Fidan Ali