Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-16 13:42:00
Talibanın radikal təhsil qərarları-Qadın müəllimlər bu siniflərdə dərs deyə BİLMƏZ

Taliban herakatı Əfqanistanın bütün ərazisinə nəzarəti əla aldıqdan sonra yeni qərarlar qəbul edib. Bu qərarlardan bəziləri ölkənin təhsil sistemi ilə bağlıdır.

 

 

AzEdu.az xəbər verir ki, Taliban Əfqanıstanın Herat vilayətində bugündən yeni qaydalarla tədrisin başlayacağını bəyan edib

 

 

1.Ölkədə qadınların hicab örtməsi və oğlanların yerli Əfqan geyimləri geyinməsi məcburi edilib.

 

 

2.Bu gündən məktəblər qız və  oğlan  olmaqla iki yerə ayrılacaq

 

 

3.Qadın müəllimlərin çadra örtməsi məcburi xarakter alıb.

 

 

4.Qadın təhsil işçilərinin  7-12-ci siniflərə dərs deməsi qadağan edilib.

 

 

Son olaraq qeyd edək ki, ABŞ ordusunu Əfqanıstandan çıxdıqdan sonra “Taliban” ölkə daxilində hökumət qüvvələrinə hücumlara başlayıb. Artıq radikal qruplaşma ölkə ərazisinin yüz faizinə, eyni zamanda İran, Çin, Pakistan, Tacikistan və Türkmənistanla sərhədə nəzarət edir.

 

 

Gülcahan Məmmədova