Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-16 13:12:00
Çətinliklər ölkəsində oxumaq-Əfqanıstanın TƏHSİL SİSTEMİ

Son günlər dünyanın diqqət mərkəzi Əfqanıstana yönəlib. “Taliban” gücləri paytaxt Kabilə daxil olmaqla ölkədə rəsmi hakimiyyəti ələ keçiriblər. Terrorçu qrupllaşmanın ölkəni ələ keçirdiyi belə bir vəziyyətdə  təhsil sistemi də təhdid altına alınıb.

 

 

Bəs Əfqanıstanın təhsil sistemi hansı formada qurulub?

 

 

AzEdu.az əfqanların təhsil həyatını təqdim edir:

 

 

Əfqanıstanda müasir təhsilə çıxış olduqca çətindir.  Dövlət yalnız ibtidai pillədə  pulsuz təhsil verir. 7-13 yaş arasındakı şagirdlər  “Childern” ibtidai məktəblərdə oxuyur. Uşaqlara bu məktəblərdə oxu, yazı, hesab və milli mədəniyyətlərinin əsasları öyrədilir

 

 

Əfqanıstanda təhsil sistemi üç hissəyə bölünür:

 

 

ibtidai Təhsil;

 

 

İbtidahi təhsil 6 il dəvam edir və  iki yerə bölünür. Məscidlərdə verilən dini və Dövlət məktəblərində olan akademik təhsil.

 

Orta təhsil;

 

 

Altı illik ibtidai təhsildən sonra üç illik orta məktəb gəlir. Orta məktəbdə şagirdlər akademik tərzdə təhsillərini davam etdirir. 9 İllik orta təhsili hər şagird oxumaq  məcburiyyətindədir.

 

 

İkinci dərəcəli orta təhsil;

 

 

Bu təhsil 9-12 sinifləri əhatə edir . Orta məktəbdə şagirdlər 3 il boyunca universitetə apara biləcək akademik yolu davam etdirmək və ya bunun əvəzinə tətbiqi kənd təsərrüfatı, sənət və ticarət kimi fənləri öyrənmək arasında seçim edə bilərlər.  

 

 

Əfaqanistanda şagirdlərin ən çox seçim etdiyi universitetlər bunlardır:

 

 

Əfqanıstanın Amerikan universiteti

 

Kabil universiteti

 

Əhqan universiteti

 

Kabil Tıibb Universiteti

 

Herat Universiteti

 

Politexnin universiteti

 

Son olaraq qeyd edək ki, Əfqanistan Hökümətində təhsil sisteminin zəif olmasının əsas səbəbi məktəb çatışmazlığıdır.

 

 

Gülcahan Məmmədova