Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-16 12:27:00
ATU-nun Hərbi feldşer işi ixtisası üzrə əlavə sənəd qəbulu aparılır  

Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə Hərbi feldşer işi ixtisası üzrə avqustun 14-dən başlanan əlavə sənəd qəbulu davam edir.

 

AzEdu.az xəbər verir ki, hazırkı sənəd qəbulunda cari ildə keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edib azı 120 bal toplayan, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

 

Namizədlər avqustun 16-dan 18-dək Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisində yerləşən Hərbi tibb fakültəsindəki komissiyaya müraciət edə bilərlər.

Hərbi feldşer işi ixtisası üzrə Hərbi tibb fakültəsinə qəbul olan şəxslər təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 245 AZN məbləğində müavinət alırlar.

Tədris 2 il müddətində Azərbaycan dilində və əyani formada həyata keçirilir.