Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-16 09:18:00
Bu gün növbəti qabiliyyət imtahanları təşkil ediləcək  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.

 

AzEdu.az xəbər verir ki, bu gün bədən tərbiyəsi (9, 11 illik), təsviri sənət (11 illik), musiqi sənəti (11 illik) istiqamətləri üzrə növbəti qabiliyyət imtahanları təşkil ediləcək.

 

Abituriyentlər imtahanların tarixi ilə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə tanış olmalıdırlar.