Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-14 09:30:00
AzTU-ya yeni prorektor təyin olundu  

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin 11.08.2021-ci il tarixli əmrinə əsasən, Rəşad Əliyev Azərbaycan Texniki Universitetində (AzTU) Rəqəmsallaşma və layihələr üzrə prorektor vəzifəsinə təyin olunub.

 

AzEdu.az xəbər verir ki, rektor Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib. Rektor bildirib ki, Rəqəmsallaşma və layihələr üzrə prorektor vəzifəsi AzTU-da yeni təsis olunub.

 

Qeyd edək ki, Rəşad Əliyev 1997-2003-cü illərdə Türkiyə Respublikasının İstanbul Universitetində inzibati idarəetmə ixtisası üzrə bakalavr səviyyəsini bitirib. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) menecment ixtisası üzrə (MBA proqramı) magistr pilləsini bitirib. 2017-ci ildə isə ekonometriya ixtisası üzrə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru olub. Hazırkı təyinatına kimi Rəşad Əliyev AzTU-nun “HÜB 1887 İnkubasiya və Akselerasiya Mərkəzi”nin müdiri vəzifəsini icra edib.