Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-13 18:00:00
İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan dili fənni (dövlət dili kimi) üzrə avqustun 12-də keçirilmiş imtahanın nəticələrinə apelyasiyada baxılacaq.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər avqustun 14-dən 16-dək Mərkəzin saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Bir abituriyentin (şagirdin) ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

 

Apellyasiya prosesi avqustun 16-dan etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) təşkil ediləcək.