Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-13 15:24:00
Bağça seçimi zamanı BUNLARA diqqət edin-VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Həyatın ilk altı ili insanın inkişafında böyük əhəmiyyətə malikdir. Bu müddət ərzində uşağının öyrənməyə bacarığı daha yüksək olur.  Buna görə də  valideynlər uşaq bağçası seçimində diqqəli olmalı  və bu suallara cavab tapmalıdırlar.

 

AzEdu.az təqdim edir.

 

Təlim proqramları necə həyata keçirilir ?


Uşaqlar dram, balet, şahmat, üzgüçülük, yoga kimi əyləncəli fəaliyyətlər də məşğul ola bilərlər. Bu fəaliyyətləri təmin edən insanlar və təhsil vəziyyətləri haqqında məlumat əldə edə bilərsiniz.

 

Uşaq bağçası təhlükəsisdir?


Hər kəs asanlıqla bağçaya girib-çıxmamaldır. Bunu daim yoxlayan sistem və ya şəxs olmalıdır. Uşaq bağçasının qapısı həmişə bağlı olmalıdır. Yalnız çıxışda müəllim uşağı əvvəlcədən təyin olunmuş şəxslərə çatdırmalıdır.

 

Müəllim təcrübəlidir?


Müəllimlərin bağça təhsili, uşaq inkişafı, pedaqoji təlim sertifikatları və peşə üzrə ən azı üç illik təcrübəsi olmalıdır.

 

Psixoloqu fəaliyyət göstərir?


Usağınızın inkişafını müşahidə etmək, bu inkişafların müsbət və ya mənfi nəticələrini öyrənmək , mənfi hallarda onlarla necə davranmaq barədə sizə  kömək edəcək  psixoloqun olması vacibdir .

 

Gündəlik qeydlər saxlanılır?


Övladınızın o gün nə etdiyini, nə yediyini və ya fövqəladə bir vəziyyətin olub olmadığını göstərən qısa bir qeyd kitabçasının olub-olmadığını öyrənin.

 

Qruplar neçə nəfərdən ibarətdir , bir müəllimə neçə uşaq düşür?


Mütəxəssislərə görə, Hər altı uşağa bir müəllim nəzarət etməlidir.  Sinifdəki şagird sayı isə 15-dən çox olmamalıdır.

 

Nahar menyusuda nə var?


Yeməklər zülal, karbohidrat və tərəvəz balanslı olmalıdır. Kiçiklərə fast food verilen uşaq bağçalarından bacardığınız qədər çəkinin.

 

Son olaraq qeyd edək ki,aparılan tədqiqatlar bağçaya gedən uşaqların bilikləri daha yaxşı mənimsədiyini və həyatda daha böyük uğurlar qazandıqlarını sübut edib.

 

Gülcahan Məmmədova