Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-13 14:24:00
ADNSU-nun rektoru təhsildə innovasiyaların tətbiqini yüksəkixtisaslı kadr hazırlığının başlıca şərti adlandırıb  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı avqustun 13-də Kiyevdə Ukrayna Milli Texniki Universitetinin təşkil etdiyi ənənəvi "Sikorski Çellenc 2021” (Sikorsky Challenge) startap festivalı çərçivəsində baş tutan “Təhsildə innovasiya” adlı dəyirmi masada iştitrak edib.

 

AzEdu.az xəbər verir ki, Ukraynanın Təhsil və Elm Nazirinin birinci müavini Mikola Kizim, ölkənin bir sıra ali məktəblərinin rektorlarının iştirakı ilə keçirilən dəyirmi masada ADNSU-nun rektoru, professor Mustafa Babanlı Azərbaycanda təhsildə, xüsusilə ali təhsildə innovasyaların tətbiqi və bu istiqamətdə əldə olunan uğurlar haqda məlumat verib.

 

Təhsildə innovasiyaların tətbiqinin əhəmiyyətini vurğulayan rektor M.Babanlı ADNSU-nun bu sahədə qazandığı təcrübəni dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb. O Azərbaycanda ali təhsilin 4-cü Sənaye İnqilabının çağırışlarına cavab verən səviyyədə təşkilinə mühüm önəm verildiyini qeyd edərək, ADNSU-da artıq yeni dövrün tələblərinə cavab verən süni intellekt, transfer texnologiyaları, klassik texniki ixtisasların İT ilə simbiozunu təşkil edən tədrisin həyata keçirilməsinə başlandığını bildirib. Rektor M.Babanlı müasir və yaxın gələcəyin sənayesinin tələblərinə cavab verən mütəxəssislərin hazırlanması prosesinin planlı və ardıcıl şəkildə təşkili məqsədilə 2020-2030-cu illər üçün universitetin inkişaf strategiyasının hazırlandığını vurğulayıb. O eyni zamanda müasir dövrün çağırışlarının dünyanın bütün ölkələrinin ali təhsil müəssisələri qarşısında demək olar ki, eyni vəzifələri qoyduğunu qeyd edərək dünya ali məktəblərinin bu sahədə əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini qeyd edib. Ukrayna Milli Texniki Universitetinin təşkil etdiyi ənənəvi, 10-cu "Sikorski Çellenc 2021” festivalının və onun çərçivəsində keçirilən “Təhsildə innovasiya” adlı dəyirmi masanın, festival çərçivəsində aparılan müzakirələrin məhz yeni dövrün çağırışlarına uyğun tədrisin təşkili baxımından yüksək əhəmiyyətini qeyd edərək təşkilatçılara öz təşəkkürünü bildirib.