Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-12 10:00:00
Dövlət qulluğu üzrə 355 namizəd uğur qazanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati vəzifələrin B növünə aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul olmaq üçün avqustun 11-də keçirilən test imtahanının nəticələri elan olunub.

 

AzEdu.az xəbər verir ki, imtahanın nəticələrinə əsasən, BA1 altqrupu üzrə 2, BA2 altqrupu üzrə 8, BA3 altqrupu üzrə 31, BA4 altqrupu üzrə 48, BB1 altqrupu üzrə 32, BB2 altqrupu üzrə 46, BB3 altqrupu üzrə 83, BB4 altqrupu üzrə 105 nəfər olmaqla, ümumilikdə 355 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikat 5 il qüvvədədir.