Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-12 09:30:00
Test imtahanının nəticələri ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati vəzifələrin B növünə aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul olmaq üçün avqustun 11-də keçirilmiş test imtahanının nəticələri elan olunub.

 

AzEdu.az xəbər verir ki, imtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası avqustun 12-13-də saat 14:00-dan 17:00-dək Mərkəzdə fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).