Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-11 16:30:00
“Buraxılış və blok imtahanları birləşdirilsin”-Elçin Əfəndi

“Buraxılış və blok imtahanları birləşdirilsin, abituriyentlər 1 imtahanla universitetlərə qəbul ola bilsin”-Elçin Əfəndi

 

 

Bu  il  qəbul  imtahanlarının  nəticələrinə  əsasən, qruplar  üzrə  700  bal  toplayan  abituriyent  qeydə  alınmadı.

 

 

Eyni  zamanda  son  ilərə  nəzər  saldıqda  maksimum-700  bal  toplayan  abituriyentlərin  sayında  kəskin  azalmanın  olduğunu  müşahidə  edirik.

 

 

Bəs maraqlıdır  buna səbəb nədir? Ümumilikdə  700  bal  savad  göstəricisi  sayıla  bilərmi? Qəbul imtahanlarını beynəlxalq standartlara uyğunlaşdırmaq və keyfiyyətli etmək üçün nə kimi tədbirlər həyata keçirmək lazımdır?

 

 

Təhsil  eksperti  Elçin  Əfəndi  AzEdu.az-a  açıqlamasında  bu  prosesinin  kurikulum  sisteminə  keçiddən sonra  baş  verdiyini  qeyd  edib:

 

 

“Artıq  biz  son  dövrlər  700  bal  toplayan  abituriyentlərin  sayının  azalmasını  müşahidə  edirik. Demək  olar  ki, bu  proses  kurikulum  sisteminə  keçiddən  sonra  baş  verdi. Kurikuluma  keçidə  kimi  ən  yüksək  bal  toplayan  səhv  etmirəmsə, son  ildə  29-30  nəfər  qeydə  alınmışdı. Daha  sonra  isə  tədricən  700  bal  toplayanların  sayı  kəskin  şəkildə  azaldı. 2019  və 2020-ci  illərdə  700  bal  toplayanların  sayı  ümumilikdə  2-3  nəfər, son il  2  nəfər  təşkil  etdi. Çox  təəssüüf  ki, bu il  ümumiyyətlə  700  bal  toplayan  abituriyent  olmadı. Ancaq  nəticələrə  əsasən  700  balın  olması, təhsilin keyfiyyətinin  yüksək  olması  mənasına  gəlmir. Hazırda  600-dən çox  bal  toplayan  abituriyentlərin  sayında  da  azalma  müşahidə  olunur. Bu  keyfiyyət  göstəricisinə  nümunə  ola  bilər”.

 

 

Ekspert  bildirib  ki, nəticələrin  ürək açan olmamasının əsas  səbəblərindən biri  də  ölkəmizin  təhsilin  distant  formasına  tam  hazır  olmamasıdır:

 

 

“Nəzərə  alsaq  ki, 2019-2020-ci  tədris  ilinin  II  yarımili, eyni  zamanda  2020-2021-ci  tədris  ili  əsasən,  yuxarı  sinif  şagirdləri  üçün  dərslər tam  şəkildə  distant  formada  tədris  olunub. Bütün  bunlar  onu  deməyə  əsas  verir  ki, təhsilin  distant  formasına  ölkəmiz  və  cəmiyyətimiz  tam  hazır  olmadığı  üçün  nəticələr  ürək  açan  deyil. Hazırda  nəticələrin  ümumi  orta  təhsil  müəssisələrində  istər böyük  summativ  qiymətləndirmə, istərsə də kiçik  summativ  qiymətləndirmə  zamanı  aşağı  olduğu  görünür. Eyni  zamanda  həm 9  illik, həm də  11  illik  buraxılış  imtahanlarının nəticələrində təəsüf  ki, ürək açan  deyil. Bununla  yanaşı  ali  təhsil  müəssisələrinə  bütün  qruplar  üzrə  qəbul  imtahanlarında  da  çox  sayda  yüksək  nəticələr  müşahidə  olunmur. Bu  da  onu  deməyə  əsas  verir  ki, biz  təcili olaraq  ənənəvi  tədrisə  qayıtmalıyıq”.

 

 

Ekspert  buraxılış  və blok imtahanlarını  birləşdirərək  abituriyentlərin ali  təhsil  müəssisəsinə  qəbul  üçün  sadəcə  bir  imtahan  verməsini  təklif  edib:

 

 

“Düşünürəm ki, artıq  tədricən  biz  birbaşa  Avropa  ölkələrinin, eyni  zamanda  bizə  yaxın  olan  Türkiyə  formatında  qəbul  imtahanları  həyata  keçirə  bilərik. Yaxşı  olar  ki, abituriyentlər  bir  dəfə  buraxılış  imtahanı  verməklə  ali  təhsil  müəssisələrinə  qəbul  ola  bilsinlər. Necə  ki,  buraxılış  imtahanı  verdikləri  zaman  ali  təhsil  müəssisələrinin  V  qrup  üzrə  ixtisaslarına, eyni  zamanda  kolleclərə, yəni  orta  ixtisas  təhsili  müəssisələrinə  qəbul  ola  bilirlər. Belə  desək, buraxılış  və  blok  imtahanlarını  birləşdirməklə  birbaşa  imtahan verərək, nəticəyə  əsasən  abituriyentlərin  ali  təhsil  müəssisələrinə  qəbulunu  təmin  etmək  olar  deyə  düşünürəm”.

 

 

O, qəbul  zamanı  bəzi  sualların  sayının  azaldılmasının  daha  məqsədəuyğun  olduğunu  vurğulayıb:

 

 

“Kurikulum  üsulunda  qəbulun  aparılması  zamanı  yaxşı  olar  ki, mətn  tipli  sualların, eyni  zamanda  açıq  yazılı, yəni  cavablandırılması  abituriyentin  öz  ixtiyarına  verilmiş, hansıki əl yazısı  ilə cavablandırılan  sualların  sayının  azaldılması  imtahan  nəticələrinin  daha  tez  çıxması  baxımından  məqsədəuyğun  olar. Bütün  bunlarla  yanaşı  orta  ümumitəhsil  müəssisələrində  təhsilin  keyfiyyətini  artırmalıyıq  ki, ümumi  təhsil  göstəriciləri, qiymətləndirmənin  bütün  meyarları  üzrə  yüksək  olması  önə  çıxa  bilsin”.