Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-11 16:42:00
Bu gündən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq

Aprelin 11-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirilib.

 

AzEdu.az xəbər verir ki, bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq. Eləcə də dövlət qulluğuna qəbul imtahanının nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.