Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-11 15:42:00
Universiteti bitirdikdən sonra özünüzü BU ŞƏKİLDƏ inkişaf etdirin

Özünü inkişaf etdirmək, yeni bacarıqlar qazanmaq günümüzün əvəzolunmazları sırasındadır. Çünki XXI əsr və onun gətirdiyi “mükəmməl olmaq” duyğusu bu hərəkətləri həyata keçirməklə mümkündür.

 

 

Komputer proqramları bilmək, öz bacarığına uyğun ala biləcəyin şəxsi inkişaf sertifikatları və təbii ki, xarici dil...

 

 

AzEdu.az universiteti yeni bitirən gənclərə faydalı olacaq məlumatları təqdim edir.

 

 

Universiteti bitirən gənclər daim “Görəsən magistr təhsili alsammı?”, “Xarici dil öyrənim?”, “ixtisasımla əlaqəli sertifikat proqramlarına qatılmaq necə olar?” deyə sualları düşünməyə başlayırlar. Bu zaman diqqət edilməsi vacib məqam əslində yaxşı universitetdə magistr təhsili almaq və beynəlxalq sertifikatlara sahib olmaq üçün ilk olaraq ingilis dilinin öyrənilməsini  əhatə edir.

 

Özəl və ya dövlət hesabına olan universitetdə magistr təhsili almaq üçün IELTS, TOEFL kimi imtahanlardan bəlli nəticə vacibdir.Əgər magistr təhsili almaq istəyirsinizsə mütləq ilk olaraq xarici dili öyrənməlisiniz, ya da az bildiyiniz dili daha da inkişaf etdirməlisiniz.

 

 

Məzun olduqdan sonra əgər sertifikat proqramlarına qatılmaq istəsəniz yenə də müxtəlif mərhələlərdən keçməli olacaqsınız. Tutaq ki, çox yaxşı sertifikat proqramına qatıldınız, bunun üçün lazım olan zamanı və məbləği ayırdınız. Kursu bitirdikdən sonra da beynəlxalq bir sertifikat aldınız. Və beləliklə, artıq universitetdən çox yaxşı bal ilə məzun olmuş, əlində çox yerdə tanına bilən sertifikatı olan şəxssiniz. Sonra? Kiçik bir şirkətdə çalışmaq üçün bu qədər əziyyət çəkdiniz? Beynəlxalq sertifikatınıza diqqət edəcək firma da eynən beynəlxalq fəaliyyəti olan bir firma olacaqdır. Bəs, xarici dil bilmədən bu şirkətdə bir mövqe tutmaq olarmı? Təbii ki, xeyr.

 

 

Məzun olduqdan sonra ilk olaraq dil öyrənmək məhsuldarlığınızı artıracaqdır. Çünki universiteti bitirən kimi istər işə başlayın, istər həm magistr təhsili alın, həm də işləyin hər zaman əngəliniz dil bilməməyiniz olacaq.

 

 

Həmçinin bacarıqlarınızın fərqində olmağa çalışın, onları inkişaf etdirin.

 

 

Fidan Ali