Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-11 15:00:00
“Səriştəli metodist” layihəsinə uyğun gələn namizədlər imtahan veriblər

Təhsil İnstitutunun “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinin birinci seçim mərhələsinin imtahanı keçirilib.

 

AzEdu.az bildirir ki, Metodik Dəstək Mərkəzi tərəfindən iyulun 14-dən 31-dək layihədə iştirak üçün qeydiyyatdan keçən namizədlərin CV-ləri araşdırılıb və uyğun gələn namizədlər imtahana dəvət olunub. Namizədlər metodika, pedaqogika və uşaq psixologiyası mövzuları üzrə hazırlanmış 60 sualı 100 dəqiqə ərzində cavablandırıblar.

 

İmtahanda istifadə edilən test tapşırıqlarının əhatə etdiyi mövzular proqram şəklinə salınaraq iştirak hüququ əldə edən namizədlərə elektron poçt vasitəsilə öncədən göndərilib. İmtahandan uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsinin tarixi və yeri haqqında iştirakçılara elektron poçt vasitəsilə məlumat veriləcək.

 

“Səriştəli metodist” layihəsində müsahibə mərhələsinə keçid balını iştirakçıların göstərdikləri imtahan nəticələri müəyyənləşdirəcək. Birinci mərhələnin imtahanlarının nəticələri ilə bağlı cavablar bu həftə ərzində bəlli olacaq.

 

İyulun 31-dən avqustun 15-dək müraciət edən namizədlərə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək.