Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-11 12:00:00
“Təhsilimi əvvəl Azərbaycanda, sonra isə xaricdə almaq istəyirəm”-IV qrup üzrə ölkə birincisi  

Dövlət İmtahan Mərkəzi iyulun 27-28-də keçirilən I və IV qrup üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb.

 

Nəticələrə əsasən  IV uxtisas qrupu üzrə ən yüksək balı-400-ü Kamil Əfəndiyev toplayıb. Onun hər iki imtahanda əldə etdiyi nəticə 692,5-dir.

 

O, təəssüratlarını AzEdu.az-la bölüşüb:

 

Kamil, 21 oktyabr 2003-cü ildə anadan olub. Əsgər Veysəlov adına Cəbrayıl rayonu Sirik kənd orta məktəbində təhsil alıb. Olimpiadalarda iştirak edərək bir dəfə rayon mərhələsində yer tutub. Həm 9, həm də 11-ci sinifi fərqlənmə attestatı ilə bitirib.

 

 

“Yüksək nəticə göstərməyimə səbəb  özümə olan inamım idi. Daha sonra isə dərslərə məsuliyyətli yanaşmağım, diqqətli olmağım, vacib şeyləri yaxşı oxumağım bu uğurun səbəbidir. Bunun  üçün çox əziyyət çəkmək lazımdır. İmtahandan əvvəl 400 toplayacağıma ehtimal versəm də, sualları görəndə buna olan inamım daha da artdı”.

 

Müsahibimiz gələcək hədəflərindən danışdı:

 

“İxtisas seçimində Azərbaycan Tibb Universitetini seçməyi düşünürəm. Hədəfim təhsilimi əvvəlcə Azərbaycanda daha sonra isə xaricdə davam etdirib böyük nailiyyətlər əldə etməkdir”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları