Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-11 12:15:00
Dövlət Proqramı məzunu RTŞ əməkdaşlarına təlim keçib

Avqustun 10-da “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“nın məzunu tərəfindən rayon (şəhər) təhsil şöbələrinin əməkdaşlarına onlayn təlim keçirilib. 

 

AzEdu.az xəbər verir ki,Təlimçi sözügedən proqram çərçivəsində Böyük Britaniyanın “University of Glasgow” ali təhsil müəssisəsində təhsil elmləri ixtisası üzrə magistratura təhsili almış Samirə Həsənzadə olub. 

 

Yerli təhsili idarəetmə orqanlarının əməkdaşları üçün keçirilən onlayn təlim “Liderlik” mövzusuna həsr edilib. 

 

Təlimdə Təhsil Nazirliyinin tabeliyində olan müxtəlif rayon (şəhər) təhsil şöbələrinin əməkdaşları iştirak edib. Təlimdə liderliyin əsas xüsusiyyətləri, lider ilə idarəçi arasındakı fərq, liderliyin müxtəlif tərzləri və digər məsələlərə dair məlumatlar paylaşılıb.