Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-11 11:30:00
İxtisas seçiminə BU VAXTDAN start veriləcək

Artıq bütün  qruplar  üzrə  qəbul  imtahanları  yekunlaşıb.

 

Son  olaraq  10 avqustda  I və IV  qruplar  üzrə  qəbul  imtahanlarının  nəticələri  elan  olundu.

 

Abituriyentləri narahat edən əsas məsələ ixtisas  seçimlərinə  nə zaman  start  veriləcəyi ilə bağlıdır.

 

AzEdu.az Dövlət  İmtahan  Mərkəzinə istinadən xəbər verir ki,  ixtisas  seçimlərinə  avqustun  sonlarında  start  veriləcək.

 

Öncə ali  təhsil müəssisələrinə, sonra  isə  kolleclərə  seçim  aparılacaq.

 

Qeyd  edək  ki, ixtisas  seçimi  üçün  “Abituriyent” jurnalının  4-cü  nömrəsi  yaxın  günlərdə  nəşr  olunacaq.