Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-10 16:24:00
COVID-19-a yoluxan və ölənlərin sayı kəskin artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 736 yeni yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 354 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 771 nəfər müalicə olunaraq sağalıb, 5 084 nəfər vəfat edib, aktiv xəstə sayı 13 807 nəfərdir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 081, ötən müddət ərzində isə ümumilikdə 4 133 796 test aparılıb.