Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-10 15:58:00
Bu şəxslər təhsil haqqı ödəməkdən azaddırlar-VACİB
İxtisas seçiminin başlanmasına sayılı günlər qalıb. Abituriyentlər topladıqları bala uyğun müxtəlif universitetlərə qəbul olunacaqlar. Onların içərisində ödənişli əsaslarla təhsilə uyğun abituriyentlər də olacaq. 
 
AzEdu.az təhsil haqqı ödəməkdən azad olanların siyahısını təqdim edir:
 
Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;
 
• Şəhid ailəsi statusunu almış ailənin üzvləri;hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər;
 
• hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar;
 
• Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər
 
• “I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar