Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-09 13:12:00
"İnsan  həyatı boyu yeni bacarıqları məhz mövcud bacarıqlar əsasında əldə edir"- Ədalət Muradov
 Həyatın ilkin mərhələsində qazanılmış bacarıqlar həyatın növbəti mərhələsində qazanılacaq bacarıqlar üçün xüsusi əhəmiyyət daşıyır.
 
AzEdu.az xəbər verir ki, bunu UNEC rektoru facebook sehifəsində yazıb
 
Qeyd edib ki, uşaqlıq dövründə insan müvafiq bacarıqlara (nizam-intizam, özünə nəzarət, yeniliklərə açıqlıq, digərlərilə ünsiyyət qurmaq bacarığı və s.)yiyələnmədiyi halda məktəbə getdiyi zaman onunla hər şeyin “qaydasında” olmadığı görünür və onun uğurlu həyata şansı az qiymətləndirilir. Yeni bacarıqlar mövcud bacarıqlara əlavə edilməklə, həm də onları tamamlayır. Buradan isə mürəkkəb insan kapitalının formalaşması “texnologiyası” yaranır. Bu texnologiya isə insanın bütün həyatını əhatə edir və valideynlərin, böyük yaşında fərdin özünün, dövlətin və özəl sektorun investisiyalarını birləşdirir. Odur ki, Nobel Mükafatı laureatı C.Xekman dediyi kimi, “bacarıqlar bacarıq yaradır” və insan kapitalının formalaşdırılması hamının - dövlətin, özəl sektorun, fərdin və onun valideynlərinin birgə işidir.
 
Son olaraq rektor uğurlar arzulayıb 
 
Birlikdə güclüyük!
Uğurlar!