Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-09 12:24:00
Növbəti  imtahanlara bu şəxslər BURAXILMAYACAQ-DİM-dən 11 avqust  xəbərdarlığı

Dövlət İmtahan Mərkəzi tərəfindən 11 avqust 2021-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müəyyən imtahanların keçirilməsi nəzərdə tutulub.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Lənkəran, Cəlilabad və Xaçmaz rayonlarında təşkil olunacaq.
 
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin (şagirdin) imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
 
İmtahanlar saat 10:00-da başlanır.
 
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.
Firayə Allahverdiyeva
Müəllifin digər yazıları