Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-07 16:50:00
“Səriştəli metodist” layihəsinin namizədlər üçün seçim imtahanları keçiriləcək

Təhsil İnstitutu “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə start verib. Hazırda institutun Metodik Dəstək Mərkəzi tərəfindən layihədə iştirak etmək üçün müraciət edən namizədlərin CV-ləri təhlil olunur.

 

AzEdu.az bildirilir ki, iyulun 14-31-də müraciət edən namizədlərdən təlimata uyğun gələnlərin elektron poçt ünvanlarına imtahan mərhələsində iştirakla bağlı məlumatlar göndərilib. Namizədlərdən uyğun gələnlər üçün avqustun 10-da seçim imtahanları keçiriləcək.

 

İyulun 31-dən avqustun 15-dək müraciət edən uyğun namizədlərlə ayın sonuna qədər əlaqə saxlanılacaq.

 

İmtahandan uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət ediləcək.