Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-07 15:00:00
Təsviri sənət, musiqi, bədən tərbiyəsi istiqamətləri üzrə qabiliyyət imtahanları təşkil ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.

 

AzEdu.az bildirilir ki, avqustun 10-da təsviri sənət (ali), musiqi (ali), bədən tərbiyəsi (ali) və təsviri sənət (11 illik) istiqamətləri üzrə növbəti qabiliyyət imtahanları təşkil ediləcək.

 

Abituriyentlər qabiliyyət imtahanlarının tarixi ilə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə tanış olmalıdırlar.