Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-07 12:20:00
İndiyədək 17 min 755 subbakalavr ərizəsini təsdiq edib  

Ali məktəblərə qəbul olmaq üçün subbakalavrların ərizə qəbulu davam edir.

 

AzEdu.az xəbər verir ki, subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq ediblər.

 

Subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. İndiyə qədər 17 min 755 subbakalavr elektron ərizəsini təsdiqlədib.