Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-07 09:30:00
Qlobal Gənc Alimlər Akademiyası gənc alimləri təşkilata üzv olmağa dəvət edir

Qlobal Gənc Alimlər Akademiyası (GYA) təbiət, ictimai və humanitar elmlər üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc alimlərini təşkilata üzv olmağa dəvət edir.

 

AzEdu.az xəbər verir ki, hazırda GYA-nın yeni üzvlər üçün çağırışı bu il sentyabrın 15-dək açıqdır. Təşkilat elm və cəmiyyətə qlobal təsir göstərən altı qitədə mövcuddur və aparılan tədqiqatların mükəmməlliyi ilə iş və cəmiyyətə verdiyi əhəmiyyətli töhfələr üçün seçilmiş 200 üzvdən ibarət bir akademiyadır.

 

GYA-nın üzvü olmaq gənc alimlərə qlobal elm və siyasət platformalarında çıxış imkanı yaradacaq, eləcə də onların fərdi potensiallarını artıracaq.