Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-06 15:27:00
Deputat elmin legitimləşdirilməsi problemindən yazdı - "Bunu edə bilmədilər"

Müasir dövrdə Elmin legitimləşdirilməsi problemi ciddi problemlərdən biridir.Bundan danışmaqdan öncə J. F. Liotarın “Modernin vəziyyəti ” əsərində əks olunmuş ümumi vəziyyəti təsvir etmək lazımdır. "XX əsrin ikinci yarısından etibarən legitimləşmənin böhranı məsələsi geniş yayılmağa başladı. Bu termin altında elmə ictimaiyyətin etibarının azalması başa düşülür. Bu müasir mədəniyyət və sosial həyat üçün ciddi problemdir. "

AzEdu.az xəbər verir ki, bunu Millət vəkili Etibar Əliyev öz facebook hesabında yazıb

Bildirib ki , "Bu gün cəmiyyətin elmə münasibəti legitimləşmə böhranının tərəfində deyil. Elmi müzakirələrin ümumiləşdirici diskussiyalarında elmi-texniki modernləşmənin gətirdiyi problemlərlə bağlı narazılıqlar hətta uğurları da kölgə altına salır. Buna görə də elm həmişə yararlı işlərlə məşğul olduğunu sübuta yetirməyi təsdiqləmək dilemması qarşısında qalır. Artıq ucuz elmi göstəricilərin toplanması dövrü arxada qalıb. Alimlər hər hansı layihənin təsdiqindən öncə bunun cəmiyyətə faydasını nəzərə almalıdırlar. Bütün hallarda güclü maliyyə tələb edən hər hansı uğurun əldə olunmasında azca da olsa şübə yaradan layihələr çətin ki, legitimliyini tanıda bilsin. Bununla yanaşı elmin öz daxili məsələləri də var. Cəmiyyətin gözləntiləri ilə elmin daxili məntiqi arasında aradan qaldırılması çətin olan problemlər mövcuddur".

Tibb elmi COVİD-19 qarşısında bir müddət aciz qaldı.

Millət vəkili qeyd edib ki, "Güclü laboratoriyalarda vaksinlərin tezliklə icad edə bilmədilər. Halbuki ötən əsrin əvvəllərində alman immunoloqu Emil fon Berinq ibtidai laboratoriyasında difteriyaya qarçı zərdabı tapdı. Görsənir ki, müəyyən dövrlərdə alimin intuisyası texnologiyaları üstələyirdi. Və bu da legitimliyi gücləndirirdi".