Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-06 13:24:00
Rayonlarda metodik kabinetlərin əməkdaşlarının təklifləri dinlənilib

Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərini davam etdirir.

 

AzEdu.az xəbər verir ki, növbəti görüşlər avqustun 3-6-da Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları üzrə metodik kabinetlərin əməkdaşları ilə təşkil olunub.

 

MDM-in əməkdaşları bu rayonlar üzrə 60-dan çox metodik kabinet əməkdaşı ilə fərdi şəkildə görüşüb, elektron təqdimatlarla tanış olublar. Görüşlər zamanı metodistlərin müxtəlif məzmunda sualları cavablandırılıb, təklifləri dinlənilib və ehtiyacları öyrənilib.

 

MDM tərəfindən bu formatda görüşlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulub.