Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-06 09:48:00
Rezidentura imtahanının nəticələri ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul üçün avqustun 4-də keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (ikinci cəhd) nəticələrini elan edib.

 

AzEdu.az bildirilir ki, imtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya Komissiyasına avqustun 6-8-də müraciət edə bilərlər.