Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-05 13:15:00
 Bugünün məktəb direktoru ilə bağlı birmənalı olmayan münasibət - O, kimdir?

Müəllimlərin yetişdirilməsi məsələsi ilə yanaşı, habelə direktorların və onların müavinlərinin yetişdirilməsi haqqında məsələni də ciddi şəkildə qarşıya qoymaq lazımdır. Söhbət təkcə aşağı səviyyəli idarəçi mədəniyyətindən deyil, həm də, hər hansı bir təsəvvürün olmamasından gedir. Çünkielmi biliklərin və praktiki təcrübənin iki sahəsi vardır və onlar mütləq buna malik olmalıdırlar: bunların biri pedaqogika, o birisi isə menecmentdir.

 

İstənilən bir şəhərdə çox istedadlı, pedaqoji və idarəçilik cəhətdən çox savadlı, yüksək peşəkarlığa malik olan rəhbərlər vardır. Lakin söhbət onlardan getmir, zira, onlar əksəriyyət demək deyil. Məktəb direktorunun nüfuzu ilk növbədə onunla müəyyən edilir ki, o, necə pedaqoq olub.

 

Direktorun metodiki funksiyalarını heç kim ləğv etməyib. Burada sual yaranır: Məgər özü dərs keçməyən, təhlil və qiymətləndirməkdən ötrü müəllimlərin dərslərini dinləməyən, pedaqoqların yetişdirilməsilə, metodiki işlə məşğul olmayan direktor müəllimləri məzəmmət edə bilərmi, onların pedaqoji fəaliyyətinə qiymət verə bilərmi?

 

Söylənənlərdən belə çıxır ki, diretorun müəllimlər müəllimi olmaqdan “xalis” top menecerə çevrilməsinə yol vermək olmaz.

Mənbə:M.M Potaşnik “Təhsil və idarəedici”

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları