Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-21 09:26:00
AzEdu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi 200 psixoloqu bir araya gətirdi - FOTOLAR

 

 

 

 

"Məktəb psixoloqunun stolüstü kitabı"nın təqdimat mərasimi keçirilib.

 

BP şirkəti və AzEdu Təhsil Portalının birgə layihəsi əsasında dərc olunan kitabın təqdimat mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkili Tamam Cəfərova, AZEDU MMC təsisçisi Elşad Eyvazlı, kitabın müəllifi və elmi redaktoru Laləzar Cəfərova, AZEDU nəzdində Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Müşviq Mustafayev, məktəb psixoloqları, məktəb direktorları və digər qonaqlar iştirak ediblər.

 

Açıklama yok.

 

AZEDU Təhsil Portalının təsisçisi  Elşad Eyvazlı kitabın dərc olunmasında əsas məqsədin məktəb psixoloqlarını məktəblərdə ən çox rast gəlinən psixoloji problemlər, stress, mənəvi travma halları, eləcə də pandemiyadan sonra yaranmış emosional durumlar və onun sindromlarının aradan qaldırılması üçün zəruri olan nəzəri və praktiki biliklərlə təmin etmək olduğunu qeyd edib.

 

Açıklama yok.

 

Həmçinin E.Eyvazlı layihənin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini söyləyib.

 

Tədbirdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva kitabın ümumi təhsil məktəblərində psixoloji işin təşkilinə, uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılması işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Məktəb psixoloqlarının bilik və bacarıqlarının davamlı şəkildə təkmilləşdirilməsinin vacibliyindən danışan İdarə müdiri faydalı təşəbbüsün reallaşdırılmasında əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib. 

 

 Açıklama yok.

 

Millət vəkili Tamam Cəfərova sosial şəbəkələr və digər bir sıra kənar təsirlərin uşaqların formalaşmasında etdiyi təsirdən və məktəb psixoloqlarının bu məsələdəki üzərlərinə düşən böyük məsuliyyət amilinə toxunub. O, şagirdlərdə vətənpərvərlik, özgüvənlilik kimi müsbət xarakterlərin formalaşmasında da məktəb psixoqunun böyük rolu olduğunu və bu bacarıqlarının universitetdə inkişaf etdirməyinin vacibliyini vurğulayıb: “Bu, çox narahatedici bir məsələdir. Mən illərdir ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul oluram, tələbələrin arasındayam. Biz universitetə yeni qəbul olan tələbələrdə qeyd etdyiim amilləri hiss edirik”.

 

Açıklama yok.

 

Kitabın həmmüəllifi və elmi redaktoru Laləzar Cəfərova, AZEDU nəzdində Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Müşviq Mustafayev,  ETN yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova  205 nömrəli tam orta məktəbin psixoloqu Zülfiyyə Məsimova 368 səhifəlik "Məktəb psixoloqunun stolüstü kitabı"nı məktəb psixoloqlarının öz işlərini daha səmərəli qurmalarına dəstək kimi dəyərləndiriblər.

 

 Açıklama yok.

 

Tədbirdə təhsil ictimaiyyətinin tanınmış nümayəndələri Qoşqar Məhərrəmov, Rüfət Əsədzadə, məktəb direktorları və təcrübəli pedaqoqlar da iştirak ediblər.

 

 “Məktəb psixoloqunun stolüstü kitabı” təqdimatda iştirak edən 200 məktəb psixoloquna hədiyyə edilib. Gələcəkdə bu istiqamətdə başqa layihələrin də olacağı diqqətə çatdırılıb.

 

Açıklama yok.

 

Qeyd edək ki, "Məktəb psixoloqunun stolüstü kitabı"nı Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru Elxan Bəylərov, ADPU-nun Şəki filalının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Nuralı Çələbiyev, Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şəbəsinin müdiri, dosent Laləzər Cəfərova, Bakı şəhəri 11 nömrəli xüsusi təhsil məktəbinin müəllimi, klinik psixoloq, loqoped Babək Əlizadə və başqaları hazırlayıblar. Layihəni BP-nin dəstəyi ilə AZEDU MMC həyata keçirib.

 

 

 

 

 

Açıklama yok.

 

Açıklama yok.

 

Açıklama yok.

 

Açıklama yok.

 

Açıklama yok.

 

Возможно, это изображение один или несколько человек и люди сидят

Возможно, это изображение 4 человека, люди сидят и в помещении

 

 

Возможно, это изображение 2 человека, люди сидят, люди стоят и в помещении

 

Возможно, это изображение 2 человека, люди стоят и в помещении

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları