Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-22 13:50:46
Türkiyədə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ! – TYS imtahanları necə təşkil olunur?

TÖMER (Türk dili haqqında sertifikat), Türkiyə universitetlərində türk dilində təhsil almaq istəyən hər bir bakalavr, magistratura və doktorantura namizədinin keçməli olduğu dil imtahanıdır. Digər  xarici tələbələrin Türkcə dil biliyini yoxlayan imtahan isə TYS-dir. 

AzEdu.az TYS haqda ətraflı məlumatı təqdim edir:

Bakalavr səviyyəsində universitetlər bu imtahanı əsasən qeydiyyatdan sonra tətbiq edir və tələbə birbaşa olaraq dərsə 1-ci kursdan başlayır. Magistratura səviyyəsində isə əsasən müraciət tarixində TÖMER sertifikatı tələb olunur.

Qısacası TÖMER/TYS Türkiyədə aşağıdakı kateqoriyaya aid olan hər kəsə lazımdır.

Attestatla bakalavr təhsili alamaq istəyənlərə;

YÖS- lə bakalavr təhsili almaq istəyənlərə;

Magistr təhsili almaq istəyənlərə;

Türkiyədə dövlət qurumlarında və bəzi şirkətlərdə işləmək istəyənlərə;

Doktorantura oxumaq istəyənlərə.

TYS imtahanı 4 bölmədən ibarətdir; oxuma, dinləmə, yazma, danışma (sərbəst və qarşılıqlı). İmtahana ayrılan ümumi vaxt 180 dəqiqədir.

Oxuma 40, dinləmə 30, yazma 2, sərbəst danışma 1, qarşılıqlı danışma 7 sualdan ibarət olur.

Oxuma zamanı təqdim olunan 40 sualı oxuyaraq doğru bildiyiniz variantı işarələməlisiniz.  Sizə bu bölmə üçün ayrılan vaxt 60 dəqiqədir.

Dinləmə zamanı siz, səs yazılarına qulaq asaraq doğru cavabları sual kitabçasında işarələyəcəksiniz.  Sizə bu bölmə üçün ayrılan vaxt 45 dəqiqədir.

Yazma mərhələsində iştirakçılara iki mövzu verilir. Sizə bu mərhələ üçün ayrılan vaxt 60 dəqiqədir.

Danışıq səviyyəsinin yoxlanılması  bəzən növbəti günə də qala bilir. Bu sizin ad, soyadınızın siyahıda neçənci olmasından asılıdır (əlifba sırasına görə). İmtahanın bu mərhələsində sizə təqdim olunan biletlərdən birini seçməlisiniz. Biletdə olan mövzuya hazırlıq üçün sizə vaxt verilir, qaralamalarınızı edəndən sonra fikrinizi bildirirsiz, daha sonra sizə suallar verməyə başlayırlar. Bu, qarşılıqlı danışma mərhələsi təxminən 10 dəqiqəyə yaxın davam edir.

Müstəqil danışma mərhələsində sizə  5 dəqiqə vaxt ayrılır. Bilet seçərək mövzu haqda danışmağa başlayırsınız, amma bu dəfə isə sizə sual verilmir.

İmtahanda toplamda 55-70 arası bal toplayanlara B2, 71-88 arası bal yığanlara C1, 89-dan yuxarı bal alanlara isə C2 sertifikatı verilir. Türkiyədə bakalavr oxumaq üçün B2, magistr oxumaq üçün isə ən az C1 sertifikatınız olmalıdır.

Nəticələr imtahandan 15 gün sonra açıqlanır.