Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-04 15:42:00
Dövlət qulluğu sertifikatı olan şəxs bir il ərzində yalnız 5 müsahibədə ödənişsiz iştirak edəcək    

Dövlət qulluğu sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində 5 müsahibədə ödənişsiz, 5-dən artıq müsahibədə isə ödənişli iştirak edə bilər. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən ediləcək.

 

AzEdu.az xəbər verir  ki, bu, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərdə əksini tapıb. Dəyişikliyə əsasən, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu Dövlət Qulluğunu İdarəetmə Şurasının təklifləri əsasında müəyyən ediləcək.

Həmçinin dövlət qulluğu sertifikatı tətbiq edildiyi tarixədək (2017-ci ilədək) dövlət qulluğuna qəbul edilmiş şəxslər daha yüksək vəzifəyə iddia etdikdə həmin şəxslər də müvafiq sertifikat almalıdırlar.