Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-03 13:34:00
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün avqustun 4-dək https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov linki vasitəsilə Dini Psixoloji Komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Müvafiq komissiya Bakıda fəaliyyət göstərəcək.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.

 

Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə bilərlər.

 

Qeyd edək ki, müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə minimum 50 bal toplamış abituriyentlər iştirak edə bilərlər. Müsahibədən məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində islamşünaslıq ixtisasını qeyd edə biləcəklər.

 

III ixtisas qrupunun islamşünaslıq ixtisası üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılır.