Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-03 13:04:00
Ali məktəblərə qəbul olmaq üçün 16 mindən çox subbakalavr ərizəsini təsdiqlədib

Ali məktəblərə qəbul olmaq üçün subbakalavrların ərizə qəbulu davam edir.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az -a bildirilib ki, subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq ediblər. Subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 12:25-ə olan məlumata görə, 16 min 437 subbakalavr elektron ərizəsini təsdiqlədib.