Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-22 10:22:00
Abituriyentlərin NƏZƏRİNƏ!- Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu iki dəfə - 2018-ci il martın 29-dən aprelin 30-dək və mayın 17-dən iyunun 20-dək aparılıb.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanında iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtlərini ödəyən cari ilin abituriyentləri avqustun 20-dək “ekabinet.dim.gov.az” internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq edə bilərlər.

Yuxarıda göstərilən tarixlərdə hər hansı bir ixtisas qrupu üzrə elektron ərizəsini təsdiq etmiş, lakin kolleclərin müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçməyən abituriyentlər də elektron ərizələrinə daxil olmaqla müvafiq bəndi seçib qeydiyyatdan keçə bilərlər (müsabiqə şərtlərini ödədikləri halda).

Xatırladaq ki, 11 illik bazadan kolleclərin ixtisas seçiminə isə ümumi balı 30‑dan, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan isə buraxılış (qəbul) imtahanında ümumi balı 25-dən az olmayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi 16-20 avqust tarixlərində aparılacaq.