Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-02 19:17:00
UNEC-in prorektoru tutduğu vəzifədən azad edilib-Rektor yazdı  

"UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rzayevi öz ərizəsinə əsasən tutduğu vəzifədən bu gün azad etdim".


AzEdu.az xəbər verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov şəxsi facebook səhifəsində yazıb:


"Dosent A.Rzayev öz işini mükəmməl bilən peşəkar, məsuliyyətli, yenilikçi, müasir tədris idarəedicisi kimi UNEC-in inkişafına ciddi töhfələr vermişdir. Anar müəllimə UNEC ailəsi adından təşəkkür edir və yeni işində nailiyyətlər arzu edirəm. Uğurlar!".