Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-27 11:24:00
Bugünkü qəbul imtahanında fiziki məhdudiyyətli 18 abituriyent iştirak edir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 18 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin olunub.