Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-27 11:12:00
Qəbul imtahanları respublikanın 11 şəhər və rayonunda təşkil edilib

İyulun 27-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan respublikanın 11 şəhər və rayonunda - Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunur. İmtahan saat 10:00-da başlanıb.

 

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 83 imtahan binası, 1431 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 83 ümumi imtahan rəhbəri, 238 imtahan rəhbəri, 1859 nəzarətçi–müəllim, 168 buraxılış rejimi əməkdaşı, 83 bina nümayəndəsi cəlb edilib.