Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-18 12:40:00
Dünyanın ən böyük kosmik kompleksi Şanxayda açılıb

Dünyanın ən böyüyü olan “Şanxay Planetarium” kompleksi bu gün rəsmi olaraq ziyarətçiləri qəbul etməyə başlayıb.

 Çində bu kompleksin açılması Şanxay şəhər sakinləri arasında böyük səs-küyə səbəb olub.

Səhər kompleksin ətrafında böyük bir növbə düzülüb. İçəri yalnız əvvəlcədən alınmış biletlə daxil olmaq mümkün olub. Təsəvvür edin ki, növbəti həftə üçün də bütün biletlər satılıb. “Planetarium”un ilk günündə təxminən 6 min insan ziyarətçi olub.

2016-cı ilin noyabrında inşasına başlayan kompleksin ümumi sahəsi 38 min kvadratmetrdir və ona bitişik konstruksiyalı kompleksin hamısı 58,6 min kvadrat metr ərazidədir.