Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-17 15:03:00
AzTU “Hədəf Nəşrləri” MMC ilə əməkdaşlığa başlayır-FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Hədəf Nəşrləri” MMC-nin baş direktoru Şəmil Sadiqlə görüşüb. Rektor AzTU-da görülən işlər barədə qonağa məlumat verib. Qeyd edib ki, universitet “Hədəf Nəşrləri” MMC ilə əməkdaşlığa önəm verir.

 

AzEdu.az xəbər verir ki, Şəmil Sadiq I ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər üçün AzTU-da “Açıq qapı” günlərinin təşkili, mühəndislik peşəsinə marağı olan yuxarı sinif şagirdlərin texniki biliklərinin artırılması ilə bağlı kursların keçirilməsini təklif edib. Bildirib ki, rəhbərlik etdiyi şirkətin 10  tədris filialı var. Sözügedən filiallarda I və II ixtisas qrupları üzrə hazırlaşan abituriyentlərin AzTU-ya marağı nəzərə alınaraq yaxın günlərdə rektor Vilayət Vəliyev onlarla onlayn görüşünün təşkil olunması məqsədəuyğun olar.

 

Qeyd edək ki, yaxın günlərdə AzTU ilə “Hədəf Nəşrləri” MMC arasında əməkdaşlıq müqaviəsi imzalanacaq.