Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-17 12:06:00
Ali məktəblərə qəbul olmaq üçün 10 mindən çox subbakalavr ərizəsini təsdiqlədib

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq etməlidirlər.

 

Bu barədə AzEdu.az-a  Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifə¬sin¬də “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabi¬netinin istifadəçi adı və parolundan istifadə etmək¬lə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 10:45-ə olan məlumata görə, 10 min 355 subbakalavr elektron ərizəsini təsdiqlədib.