Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-17 11:51:00
Azərbaycanlı müəllim UNESCO-nun Beynəlxalq Layihələrin Tətbiqi Mərkəzinə üzv seçilib

Ucar rayonu Təzə Şilyan kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat  müəllimi Aynur İbrahimova UNESCO-nun Beynəlxalq Layihələrin Tətbiqi Mərkəzinə üzv seçilib.

 

 

AzEdu.az xəbər verir ki, bu təşkilatın məqsədi dünyada elmin, təhsilin, mədəniyyətin inkişafına xidmət etməkdir. Təşkilatın Azərbaycan üzrə əlaqələndiricisi jurnalist Böyükağa Mikayıllıdır.

 

 

Son illər təşkilatla fəal əməkdaşlıq sayəsində Azərbaycanlı uşaq və gənclərin bu qurumun işində - festivallarda, intellektual müsabiqələrdə iştirakı maraq doğurur. Neçə-neçə uşaq və gənc qalib adına layiq görülməklə beynəlxalq sertifikatlarla təltif edilib.

 

 

Aynur xanım hesab edir ki, bu təşkilatla gələcək əməkdaşlıqları uğurlu olacaq:

 

 

“Əlaqələndirici Böyükağa Mikayıllıya, UNESCO Beynəlxalq Layihələrin Tətbiqi Mərkəzinin rəhbəri cənab Mixael Kota, Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının rektoru cənab Vasili Tarçineçə, beynəlxalq koordinator Natalya Dimitskayaya minnətdarlığımı bildirirəm”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları